AZ

“Zirə” Konfrans Liqasında növbəti oyununu keçirib

Yayımlandı: 22 Avqust 2024 22:59 Azərbaycan komandası “Omoniya”ya böyük hesabla uduzub “Zirə” komandası avqustun 22-də UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Kiprdə yerli “Omoniya” klubunun qonağı olub. GSP stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Oyun “Zirə”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb. Kipr təmsilçisi 6:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu avqustun 29-da Bakıda – “Dalğa” Arena”da keçiriləcək. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
xural.com

1Mənbələr