Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Valeh qızı Allahverdiyeva vəzifəsindən azad olunub.
Gədəbəyin icra başçısı Orxan Mürsəlov bununla bağlı müvafiq sərəncam imzalayıb.
V.Allahverdiyeva Gədəbəy Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini də icra edib.
Onun yerinə hələ ki təyinat yoxdur.