Dövlət Ekoloji Ekspertiza Agentliyində müstəqilekoloqların, dövlət qurumları, tikinti şirkətləri, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Şəki şəhəri18 nömrəli 720 şagird yerlik tam orta məktəbin tikintilayihəsi altına düşən, Cəlilabad şəhəri, Heydər Əliyevprospekti 163 ünvanında qeyri-yaşayış obyektininyaxınlığındakı, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanındakı parkda, Şəkişəhərinin küçə və prospektlərində ümumilikdə 134 ədədmüxtəlifcinsli və Xaçmaz rayonu ərazisində, avtomobilyollarının kənarındakı ümumilikdə 68 ədəd müxtəlifcinsliqurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, habelə kompensasiya mexanizmlərinə dair müzakirələraparılıb.
İctimai dinləmədə haqqında bəhs olunan yaşıllıqlarınmaksimum qorunması, ekoloji qanunvericiliyin tələblərininyerinə yetirilməsinə dair qərar qəbul edilib, götürülən, yeridəyişdirilən yaşıllıqların mütləq kompensasiyası tələbolunub. Eyni zamanda, şəhər və rayon ərazilərində, xüsusilə yol kənarlarında köküstə qurumuş ağaclarınköçürülməsinin mövcud qanunvericiliyə uyğun həyatakeçirilməsi, ekoloji və mövsümi tələblərin yerinə yetirilməsivə götürülmüş hər bir quru ağacın əvəzində yeni tinglərinəkilməsi şərti qoyulub.
Qeyd edək ki, ictimai dinləmədə müzakirə olunanlayihələrin bir qismi vaxtilə ekoloji normativlətə cavabvermədiyi üçün müsbət rəy almamışdı. Həmin layihələryenidən işlənib və ekoloji qanunvericiliyin tələblərinəuyğunlaşdırılaraq müzakirəyə çıxarılıb. Onlara müsbətmüsbət rəy verilməsi hazırda razılaşdırılmamərhələsindədir.