Azərbaycanda yaxınları yazıçı, ictimai fəal Səməd Şıxının avqustun 23-də saxlandığını bildirirlər. Onların verdiyi məlumata görə, S. Şıxı Gürcüstan paytaxtı Tbilisiyə gedərkən Bakı hava limanında saxlanıb. “Səməd nəzarətdən keçib, amma yarım saatdan sonra bizə saxlandığını yazdı. Haradasa saat 16:43-də. Daha sonra ona zəng çatmadı”, deyə yaxınları vurğulayıb. S. Şıxının dostları hazırda onun barəsində hər hansı məlumat ala bilmədiklərini qeyd edirlər. Hələlik, onun taleyinə hüquq-mühafizə orqanlarından da aydınlıq gətirmək mümkün olmayıb. Ötən il avqustun 11-də Səməd Şıxı Abşeron Rayon Polis İdarəsinin Qobu qəsəbəsində yerləşən bölməsinə aparıldığını və sonra da sərbəst buraxıldığını bildirmilşdi. O bunu yazdığı statuslarla izah etmişdi. Amma həmin məsələyə onda Daxili İşlər Nazirliyindən konkret münasibət almaq mümkün olmamışdı. AzadlıqRadiosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta