AZ

Polislə dalaşan rusiyalı qadınlar Türkiyədən buraxılmadı

Antalya hava limanında polislə dava edən iki rusiyalı turist daha 3.5 ay Türkiyədə qalacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Onların işi üzrə məhkəmə prosesi dekabrın 11-nə təyin olunduğu üçün rusiyalı qadınlar Svetlana və Yuliyanın qışa qədər Türkiyəfə qalacaqları dəqiqləşib. Bu tarixə qədər turistlərin Türkiyəni tərk etməsi qadağan edilib.

Svetlana və Yuliya jurnalistlərə etiraf ediblər ki, polisə yaxalanmamaq üçün tərk edilmiş binada pulsuz qalıblar. Üstəlik, onların xərclərinə dərman xərci də əlavə edilib. Qadınlar deyiblər ki, hər ikisi xəstələnib. Mənbənin sözlərinə görə, Rusiyanın Türkiyədəki səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib, lakin bu, hələlik vəziyyətə təsir etməyib.

Günel Mikayılova,
KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
konkret.az

10Mənbələr