AZ

Türk dünyası ilə əlaqələrimiz daha da möhkəmlənir ŞƏRH

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərində artıq yeni mərhələyə qədəm qoyub. Vətən müharibəsindəki tarixi Qələbəmiz ölkəmizin həm Mərkəzi Asiyada, həm Türk-İslam dünyasında, eləcə də dünya birliyində mövqeyini daha da möhkəmləndirib. Son vaxtlar bu istiqamətdə böyük canlanma müşahidə olunur. Hazırda Azərbaycanın yeritdiyi xarici siyasətin əsas prioritetini birgə əməkdaşlıq istiqamətində atılan addımlar təşkil edir. Bir neçə ildir ki, dünyada baş verən proseslər də dövlətlərdən ümumi səylər göstərmək zərurətini tələb edir.

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya, həmçinin Türkdilli ölkələrə mütəmadi səfərləri, eyni zamanda, həmin dövlətlərin başçılarının və hökümət nümayəndələrinin Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin daha da möhkəmləndirilməsindən xəbər verir. Ümumiyyətlə, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

Cənab Preziden İlham Əliyevin bu günlərdə Özbəkistana səfəri də böyük önəm daşıyır. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Cənab Prezident mətbuata bəyanatında vurğulayıb ki, “ mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib. Belə deyək ki, nümayəndə heyətlərinin üzvlərinə razılaşdırdığımız məsələlərlə bağlı irad tutduğumuz bir bənd də yoxdur.”

Bu əlbəttə sarsılmaz dostluğun və birliyin nəticəsində mümkündür. Səfər çərçivəsində dah bir önəmli sənəd imzalanıb və bununla da iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsi başlayacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında bu tarixi addıma çox yüksək qiymət verib. “Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.”

Son illərin təcrübəsi göstərir ki, regional kooperasiya, ittifaqlar, inteqrasiya modelləri ön plana çıxır. Bu baxımdan Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan və Orta Asiya regionunda dinamik inkişaf edən güclü mövqelərə malik Özbəkistan əməkdaşlığı türk dövlətlərinin inteqrasiyasının möhkəm özülünü yaradır. İndiyə qədər iki ölkə arasında çox sayda sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə imzalanıb. Bu da əməkdaşlıq üçün hüquqi baza yaradıb. Azərbaycan Özbəkistan Respublikası,eləcə də Orta asiya ölkələri ilə əməkdaşlığı getdikcə daha da möhkəmləndirir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Seçilən
129
19
sesqazeti.az

10Mənbələr