Ermənilərin Qarabağa qayıtmaq istəkləri zaman içində artmağa başlayıb. Daha doğrusu, Xankəndidən könüllü köçənlər deyil, onların geri qayıtmasında maraqlı olanlar məsələdən ikiəlli yapışıblar.
JAMAZ.İNFO xəbər verir ki, ermənilərin geri dönüşü məsələsi, həm də bir qrup erməni üçün qazanc yeridir. Onlar uzun illərdir bu mövzudan yaxşıca varlanıblar. Bir tərəfdən erməni diasporu, digər tərəfdən isə xarici təşkilatların ayırdıqları pulları rahatlıqla yeyən həmin adamlar, indi yenidən o günlərə qayıtmaq istəyirlər. Çünki pul əllərindən çıxıb.
Erməni politoloq Karen Bekaryan da bu komandadadır. Uzun zamandır Qarabağ məsələsini biznesə çevirmiş bu adam iddia edir ki, ermənilərin Qarabağa qayıtması “ən mühüm məsələ kimi gündəmdə qalmalıdır”.
JAMAZ.İNFO bildirir ki, Bekaryan bu fikrini “möhkəmləndirmək” üçün ermənilərə nağıl danışmaqla yanaşı, həm də qorxutmaqdan da çəkinmir. O deyir ki, Qarabağ səhifəsi bağlanarsa, başqa ərazilərin məsələsi ortaya çıxacaq. “Qarabağ səhifəsi bağlandığı anda, əslində yeni səhifə açılır, adı Syunik, Vayots Dzor, Geqarkunik… ola bilər”.
O deyir ki, Azərbaycanın Ermənistandan tələbləri birbaşa Qarabağ məsələsinin birdəfəlik bağlanmasına hesablanıb. “Azərbaycan Minsk Qrupunun ləğvi və konstitusiyaya dəyişikliyi tələb etməklə Qarabağ məsələsini birdəfəlik bağlamağı düşünür. Bunlar baş verərəsə, istədiklərinə nail olacaqlar”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta