AZ

ABŞ Bəhruz Səmədovun həbsini izlədiyini açıqladı

Yayımlandı: 28 Avqust 2024 15:48 Dövlət Departamenti insan hüquqları ilə bağlı narahatlığını ifadə edib ABŞ gənc alim, jurnalist və sülh müdafiəçisi Bəhruz Səmədovun həbsini narahatlıqla izlədiyini bildirib. Bu barədə avqustun 26-da Dövlət Departamentinin nümayəndəsi “Turan”ın sorğusuna cavabında deyib: “Bəhruz Səmədovun həbsini narahatlıqla izləyirik. Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və siyasi müxalifətin üzvlərinə qarşı davam edən repressiyalara görə dərin narahatlıq hissi keçiririk”. ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock “Fikri ifadə etmək azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər buna görə təqibə məruz qalmamalıdır”, – deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib. Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır. Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq haqda ittihamın absurd olduğunu deyən Bəhruz Səmədov saxlanılarkən və daha sonra təcridxanada işgəncəyə məruz qaldığını da məhkəmədə vurğulayıb. Onun işgəncə şikayətinin araşdırılması üçün məhkəmə prokurorluğa məktub göndərməyə qərar verib. Bəhruz Səmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulub. Bəhruz Səmədov avqustun 21-də günorta saat 16.00 radələrində saxlanılıb. Nənəsi Zibeydə Osmanova bildirib ki, saat 16.00-17.00 arası yaşadıqları evə 6-7 nəfər mülki geyimli şəxs gəlib. Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər. Deyiblər ki, evdə axtarış aparmalıdılar. Nənəsi deyir ki, Bəhruz Səmədov evdən təxminən yarım saat əvvəl çıxmışdı. O, dostu ilə görüşməyə getdiyini demişdi: “Gələnlər dedilər ki, guya narkotik məsələsi var, bununla əlaqədar axtarış aparacaqlar. Amma Bəhruzu gətirməmişdilər. Əlbəttə ki, evdən narkotik tapmadılar. Bizim evdə narkotik ola bilməz. Amma Bəhruzun kompüterlərini, telefon, Bəhruza aid nə sənəd varsa, apardılar”. Nənəsinin bildirdiyinə görə, götürülən sənədlər arasında Bəhruz Səmədovun pasportu, Azərbaycanda və xaricdə təhsil aldığı universitetlərin diplomları və s. materiallar olub. Zibeydə Osmanova nəvəsinin elmi araşdırmalarla məşğul olduğunu, istər narkotik, dövlətə xəyanət, istərsə də başqa cinayət xarakterli işlərdən uzaq olduğunu deyir. Bəhruz Səmədov Çexiyada Karlov Universitetində doktoranturada oxuyurdu. O, təxminən bir ay əvvəl tətilə gəlmişdi və bugünlərdə geri qayıtmalı idi. Bəhruz Səmədov Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
xural.com

4Mənbələr