AZ

İranın dəstəklədiyi silahlı qruplaşmalar hansılardır?

İran və İsrail arasında gərginliyin artdığı bir dövrdə tez-tez “İranın dəstəklədiyi silahlı qruplaşmalar” ifadəsini eşidirik.

İrana bağlı olan silahlı qruplaşmaların hələlik 19-u barədə məlumatlar mövcuddur.

Tehran bu qruplaşmaları vahid şəkildə görür və onların hamısını birlikdə “Müqavimət Oxları” adlandırır.

İranın bu qruplaşmalarla İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə əlaqə qurduğu bildirilir.

Bunların arasında əksəriyyəti şiə ideologiyasının daşıyıcısı olsa da, Həmas da daxil olmaqla İslamın sünni məzhəbinə aid qruplar da mövcuddur.

Bu qruplaşmaların çoxu Amerika Birləşmiş Ştatları da daxil olmaqla, bəzi Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb.

Onların çoxu Yaxın Şərqdə İsrailə qonşu olan ölkələrdə yerləşib.

Yaxın Şərqlə yanaşı Afrikada da İrana bağlı olan silahlı dəstələr mövcuddur.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
bbc.com

1Mənbələr