Futbol üzrə Slovakiya yığmasının UEFA Millətlər Liqasında Estoniya və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb.
AZƏRTAC Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 27 futbolçu dəvət olunub.
Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrix Ravas;
Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qember, Denis Vavro, Milan Şkrinyar, Lübomir Şatka, Adam Obert, David Hantsko, Samuel Kozlovski;
Yarımmüdafiəçilər: Matuş Bero, Yuray Kuçka, Tomas Riqo, Stanislav Lobotka, Ondrey Duda, Peter Pokorni, Laslo Beneş
Hücumçular: David Yuriş, Tomas Suslov, İvan Şranz, David Ştrelets, Robert Bojenik, Leo Sauer, Lukas Haraşlin.
Qeyd edək ki, sentyabrın 5-də Estoniya seçməsinin qonağı olacaq Slovakiya yığması 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.
Mənbə: AZƏRTAC