AZ

“Zirə” hesabı açdı - Canlı

“Zirə” bu gün Konfrans Liqasında növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu turnirin pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə mübarizə aparan Azərbaycan təmsilçisi cavab matçını evdə keçirəcək.

“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Nikosiyada baş tutan İlk görüş “Zirə”nin ağır məğlubiyyəti ilə (0-6) başa çatıb.

Qeyd edək ki, cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq, məğlub tərəf isə avrokuboklarla vidalaşacaq.

Avropa Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunu

29 avqust

20:00. Zirə – Omoniya

Baş hakim: Vitali Spasyonnikov (Latviya).

Mərdəkan. “Dalğa Arena”.

İlk oyun – 0:6

***

Komandaların start heyətləri açıqlanıb:

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev, 90. Davit Volkov, 19. Salifu Suma, 23. Rafael Utsiq

Baş məşqçi: Rəşad Sadıqov

“Omoniya”: 40. Fabiano (k), 24. Amin Xammas, 4. Filip Helander, 5. Senu Kulibali, 2. Alfa Dinku, 11. Evandro, 20. Mateo Mariç, 80. Novika Erakoviç, 21. Veliko Simiç, 10. Ömər Atzili, 9. Andronikos Kakulli

Baş məşqçi: Valdas Dambrauskas

***

Matç başladı.

***

Fasilə

***

İkinci hissə başladı.

***

Rafael Utsiq 78-ci dəqiqədə hesabı açır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
6
qafqazinfo.az

10Mənbələr