AZ

“Zirə” Konfrans Liqası ilə vidalaşıb

Yayımlandı: 29 Avqust 2024 21:54 Azərbaycan klubu pley-offda “Omoniya”nı keçə bilməyib “Zirə” klubu avqustun 29-da UEFA Konfrans Liqasında pley-off matçına çıxıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin “Omoniya” klubu ilə qarşılaşıb. Kiprdə keçirilən ilk görüşdə “Zirə” 0:6 hesabı ilə uduzmuşdu. Foto: Meydan.TV “Dalğa Arena”da keçirilən cavab oyunu saat 20:00-da start götürüb. Qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Amma iki oyunun nəticəsinə görə Azərbaycan klubu Konfrans Liqasında mübarizəni dayandırıb. Foto: Meydan.TV Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
xural.com

1Mənbələr