AZ

Yeni Dövrə Yeni Azərbaycanla – VİDEO

Hörmətli 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Sakinlər və Seçicilərim,

Əziz Şəhid və Qazi Ailələrimiz,
Müdrik Ağsaqqal və Ağbirçəklərimiz,
Dəyərli Gənclər,
Bacı və Qardaşlarım,
Azərbaycan xalqının müdrik seçiciləri,
Sabah, 30 avqustda 1 sentyabr tarixində Respublikamızda Milli Meclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat və təşviqat kampaniyası sona yetir. Fürsətdən istifadə edərək bu seçki kampaniyasında çox fəal iştirak etdiyinizə, hər görüşdə Dövlətimizin Qurucusu, Ulu Öndər Heydər Əliyevə, xalqımızı dünyada Qalib və Şərəfli Xalq kimi tanıdan Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə minnətdarlığınıza və biz YAP-ın vahid namizədlərini tək buraxmadığınıza, bütün görüşlərdə bizi dəstəklədiyinizə görə Sizin hər birinizə sonsuz təşəkkürümü bildirirəm.

Əziz Seçicilərim,
Sizə BORCLUYUQ!!!
Sizi əmin etmək istəyirəm ki, YAP-ın vahid namizədlərinə, eləcə də mən – Məlahət İbrahimqızına bir daha etimad göstərərsizsə, qaldırdığınız bütün problemləri və təklifləri müvafiq qurumlar qarşısında qaldıracaq və üzləşdiyiniz problemlərin həllinə çalışacağıq. Sizə bir daha bildirmək istəyirəm ki, necə ki, ötən dövrdə bir ailə kimi doğmalaşdıq, bundan sonra da ailə ənənəmizi davam etdirəcəyik. Əgər Ali Qanunvericilik Hakimiyyətinə mənə yenidən mandat qazandırarsızsa, hər bir ailənin parlamentdə səsi olmağa çalışacam.

Ayrıca olaraq təhsil işçilərimizə minnətdarlıq etmək istəyirəm.
Əziz Təhsil işçiləri,
Öncə Sizi qarşıdan gələn 2024/25-ci il Yeni Tədris İli və Bilik Günü münasibətilə təbrik edirəm. Siz təkcə gələcəyimiz olan Azərbaycan Balalarına təhsil və tərbiyə vermirsiz. Sizin həm də seçkilərin yüksək səviyyədə və şəffaf keçirilməsində çox böyük zəhmətiniz var. Var olun!

Təbliğat və təşviqat tədbirlərində daima bizimlə olan Şəhid və Qazi ailələrimizə, Veteranlarımıza xüsusi təşəkkür edirəm.
Seçkiyə start verildiyi ilk gündən Partiyanın vahid namizədlərinə hər cür dəstək verdiklərinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, Mərkəzi Aparatına, YAP Nəsimi və Binəqədi rayon təşkilatına, hər üzvünə, medya təmsilçilərinə sonsuz minnətdarlığımı bildirirəm.

Qiymətli Nəsimi və Binəqədi Seçicilərim,
Sizə çox inanırıq, Sizin sadiqliyinizin şahidiyik… Siz bu inamı 1993-cü ildən bugünə Heydər Əliyev siyasətinə, özünü Xalqın Xidmətçisi adlandıran YAP-ın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə olan sədaqətinizlə qazanıbsız.
Biz Sizə güvənirik… Sizə arxalanırıq… Əminik ki, Siz 1 Sentyabr günü seçki məntəqələrinə gedərək, Şəhidlərimizin qanı və qazilərimizin sağlamlığı ilə, Şanlı Ordumuzun şücaəti və qəhrəmanlığı ilə, Müzəffər Ali Baş Komandanımızın cəsarəti, yenilməzliyi və müdrikliyi ilə qazanılan Möhtəşəm Zəfərə, ərazi bütövlüyü və suverenliyimizin bərpasına, Qarabağın Dirçəlişinə, Böyük Qayıdışa, əmin-amanlığa, sabitliyə, dayanıqlı inkişafa, Dövlətimizin və Dövlət Başçısının qüdrəti ilə qarşıdakı dövrdə imzalanacaq tarixi Sülh müqaviləsinə səs verəcəksiz.

Bir daha Sizə müraciət edir və hər birinizdən minnətlə xahiş edirəm ki, bu seçkidə ötən illəri diqqətlə nəzərdən keçirərək seçki məntəqələrinə gedərək, populizmə, yalan vədə, pafoslu çıxışlara, “virtual qəhrəmanlara” deyil, xalqının ləyaqətini və şərəfini ucaldan Partiyanın namizədinə və gerçəkliklərə səs verin.

Əziz Seçicilərim,
Necə ki, Siz 44 günlük Vətən müharibəsində, bu ilin fevralında keçirilən Prezident seçkilərində Xalqımızın alternativsiz LİDERİ-nə yenidən etimad göstərdiyinizi, nümayiş etdirdiyiniz dəyişməz mövqeyinizi və sarsılmaz Birliyinizi dünyaya bəyan etdiz, inanırıq ki, 1 Sentyabrda da Siz bir daha YAP-ın vahid namizədlərinə, eləcə də mən – Məlahət İbrahimqızına səs verəcəksiz.

Eşq olsun Sizin hər birinizə! Bir daha hər biriniz VAR OLUN! Allah yar və yardımçınız olsun! Allah Seçkimizi Xalqımız və Dövlətimiz üçün xeyirli etsin. Amin!
YAŞASIN AZƏRBAYCAN XALQI!

#YeniDövrəYeniAzərbaycanla
#1Sentyabr #MilliMəclis
#21saylıNəsimiBinəqədiSeçkiDairəsi
#MəlahətİbrahimqızınaSəsVerin

Bizimlə 7/24 əlaqə saxlamanızı rica edirəm.

Telefon: +99450 255-21-42

E-mail: 21sayli_sd@meclis.gov.az / Malahatibrahimli@gmail.com / Xetaimemmedli@gmail.com

Facebook: https://www.facebook.com/mibrahimgizi?mibextid=ZbWKwL

İnstaqram: https://www.instagram.com/ibrahimgizi?igsh=bzNsNmx2Y3RyenB1

X səhifəsi: https://x.com/MalahatIbrahim1?t=eKSZA23Z8zqS7oMj4sn9gw&s=09

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
xalq.az

9Mənbələr