AZ

Prodüser Təranə Səmədova yenidən hakim qarşısına çıxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənov barələrində olan hökmdən kassasiya şikayəti verilib.
APA xəbər verir ki, prodüserin şikayətinə Ali Məhkəmədə dekabr ayında hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsində isə hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, Təranə Səmədova və Rahim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu ildə azadlığa çıxan prodüser, ötən il qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, onun barəsində 400 manat cərimə cəzası təyin edib, sərbəst buraxıb.
Seçilən
186
50
oxu.az

10Mənbələr