AZ

Kəramət Böyükçöl: "Seçki saxtakarlığında ən çox müəllimlər iştirak edir"

Məqalə barədə məlumatMüəllif, Səadət Akifqızı, İlkin HəsənovVəzifə, BBC News Azərbaycanca, Bakı

Yazıçı Kəramət Böyükçöl Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı fikirlərini bölüşür.

O, 2020-ci ildə erkən parlament seçkisində deputatlığa namizəd olub.

Kəramət Böyükçöl müsahibəsində həmin vaxt yaşadığı təcrübədən danışıb.

"Bir seçici gəlib dedi ki, sən yaxşı oğlansan, amma mən o biri namizədə səs verəcəm. Soruşdum ki, niyə. Dedi, çünki o, mənə 20 manat verib. Dedim ki, almısan, lap yaxşı, o pərdənin arxasında səni heç kim görmür, istədiyin namizədə səs ver. Qayıdıb cavab verir ki, bəs vicdan? Mən indi o adama nifrət etmiş olsaydım, deyərdim ki, səndə vicdan olsa, səsini 20 manata satanda yadına düşərdi. Ancaq nifrət etmədim, əksinə, sevindim ki, bu adam vicdan haqqında düşünür, amma onun nə olduğunu bilmir", - Kəramət Böyükçöl müsahibəsində deyib.

O, hazırkı seçki mühiti barədə öz fikirlərini bölüşərək qeyd edib ki, "işıq gördüyü namizədlərə" dəstək verir, amma rəqabətli bir seçki prosesinin getdiyini düşünmür.

Onunla müsahibəni Səadət Akifqızı aparıb.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
bbc.com

1Mənbələr