AZ

Qubada polisin keçirdiyi tədbirlərlə 8 nəfər saxlanılıb

Qubada polisin keçirdiyi tədbirlərlə 8 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Sahib Bağırov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məluma görə, onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və 5 kiloqram marixuana aşkarlanıb.

Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 7 nəfər saxlanılıb. Bu tədbirlər zamanı müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
7
ilk.az

8Mənbələr