AZ

Türkə ZƏFƏR yaraşır!

Image

Bu gün Türkiyənin Zəfər Bayramıdır.

Bu günün yaranma tarixi 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi ilə bağlıdır.

Məsələ burasındadır ki, Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövləti düşmən ölkələrin iştahını qabartmışdı. Lakin qazanılan bu Zəfər bu dövlətin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısını aldı. Bu dönəm həm də 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Eyni zamanda, 30 avqust həm də Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

Bayramınız, bayramımız mübarək!

SAMİRƏ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
25
baki-xeber.com

10Mənbələr