AZ

Qubada polisin keçirdiyi tədbirlərlə 8 nəfər saxlanıldı - VİDEO

Qubada polisin keçirdiyi tədbirlərlə 8 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Sahib Bağırov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. 

Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 7 nəfər saxlanılıb. Bu tədbirlər zamanı müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7
avtosfer.az

8Mənbələr