AZ

Ölkəmizdə ilk dəfə bərpaolunan enerji üzrə hərrac keçiriləcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərrac iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının üçüncü iclası keçirilib.

FED.az xəbər verir ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə keçirilən ilk bərpaolunan enerji hərracı prosesi barədə ümumi məlumat verib, həmçinin layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq cari ilin sentyabr ayında hərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi) hərracda iştirak edəcək şirkətlər ilə birgə sahə səfərinin və layihə ilə bağlı konfransın nəzərdə tutulduğunu bildirib.

Belə ki, hərracın ilk mərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icra qrafikinə uyğun olaraq uğurla başa çatdığı və 8 şirkətin ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (təkliflər sorğusu) keçdiyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının və “Synergy” məsləhətçi şirkətinin nümayəndələri tərəfindən təkliflər sorğusu mərhələsi üzrə hərracda iştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkili üzrə icra qrafikinə dair ətraflı məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
9
fed.az

10Mənbələr