AZ

Vəkillər Kollegiyasının sədri və əməkdaşları beynəlxalq konfransda məruzələrlə çıxış ediblər

Avqustun 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Elnur Hümbətov, eyni zamanda İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Leyla Həşimova və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Elnarə Mirzəyeva İstanbul Universiteti - Cərrahpaşada təşkil olunmuş “The 9th Conference on Control and Optimization with Industrial Applications - COIA-2024” konfransında onlayn məruzələrlə çıxış ediblər.

Bu barədə Kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Professor Əmir Əliyevin moderatorluğu ilə keçirilən konfransın bölmə iclasında ARVK əməkdaşlarının belə beynəlxalq tədbirlərdə iştiraklarına həssaslıqla yanaşıldığını qeyd edən Kollegiya sədri Anar Bağırov mərasimin təşkilinin Azərbaycan elminə xüsusi töhfə olduğunu bildirib.

Eyni zamanda sədr Azərbaycan tərəfindən bu istiqamətdə görülən işlər və Vəkillər Kollegiyasının yeni layihələrindən olan “Elektron order”, o cümlədən peşəkar hüquqi yardımın səmərəliliyinin artırılması istiqamətində keçiriləcək layihələrin yeni texnologiyalardan istifadə edilərək təşkil olunması barədə məlumat verib.

Həmçinin “Hüquqi yardım sahəsində yeni texnologiyalardan istifadənin xüsusiyyətləri və istiqamətləri” mövzusunda ətraflı çıxış edən Anar Bağırov mövzu üzrə aktual məsələlərə və həlli tələb olunan problemlərə toxunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
12
aznews.az

10Mənbələr