AZ

Suraxanıda yanğın: FHN və təcili yardım briqadası cəlb olunub

Yayımlandı: 30 Avqust 2024 17:44 Bir nəfərə tibbi yardımın göstərildiyi açıqlanıb Bakının Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verdiyi bildirilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub. Qeyd edilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
xural.com

10Mənbələr