AZ

Pakistan ilə Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Pakistan ilə Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Banqladeş hökumətinin baş müşaviri professor Məhəmməd Yunus arasında telefon danışığı olub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, söhbət zamanı Məhəmməd Şahbaz Şərif Məhəmməd Yunusu baş müşavir vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib. Pakistanın Baş naziri müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yolu ilə ikitərəfli münasibətlərin canlandırılmasının vacibliyini vurğulayıb.

Pakistan və Banqladeş arasında tarixi, dini və mədəni bağları qeyd edən Məhəmməd Şahbaz Şərif ticarət əlaqələrini, mədəni mübadilələri və xalqlar arasındakı təmasları inkişaf etdirmək arzusunda olduğunu bildirib.

Tərəflər Pakistan və Banqladeş xalqlarının tərəqqisi və firavanlığı naminə birgə fəaliyyət göstərməyə zərurət olduğu barədə razılığa gəliblər. Onlar bildiriblər ki, daha geniş regional əməkdaşlıq Cənubi Asiya xalqlarının firavanlığının yüksəldilməsində mühüm rol oynaya bilər.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
ilk.az

4Mənbələr