Ukrayna Prezidenti Vladimir Zelenski ötən gün F-16 qırıcısının qəzaya uğraması ilə əlaqədar Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuku vəzifəsindən azad edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısınn rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, ötən gün F-16 qırıcısı qəzaya uğrayıb, nəticədə pilot ölüb.
İddialara görə, koordinasiyanın olmaması səbəbindən Ukraynanın havadan müdafiə sistemi F-16-nı məhv edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun