AZ

Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub olub - YENİLƏNİB

Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində ölən "VAZ 2106"nın sürücüsü Samux rayon sakini 1992-ci il təvəllüdlü R.Muradovdur.

Xəsarət alanlar isə "VAZ 2106"nın sərnişini Samux rayon sakini 1995-ci il təvəllüdlü Ə.Aslanov və "Hyundai" markalı maşının sürücüsü 1986-cı il təvəllüdlü T.Babayev və onun sərnişini 1989-cu il təvəllüdlü N.Həsənovadır.


***
00:54

Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
25
apa.az

10Mənbələr