AZ

Yaponiyada doğum səviyyəsi rekord aşağı səviyyəyə düşüb

Bakı. Trend:

Yaponiyada doğum səviyyəsi ilin birinci yarısında rekord aşağısəviyyəyə düşüb.

Trend xəbər verir ki, bu barədə Səhiyyə, Əmək və RifahNazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, yanvar-iyunaylarında ölkədə 350 mindən bir qədər çox uşaq doğulub. Qeydəalınan rəqəm 2023-cü ilin eyni dövrü üçün qeydə alınan səviyyədən21 min uşaq (5,7%) azdır.

Artıq üçüncü ildir ki, ilin birinci yarısında doğum səviyyəsi400 min uşağından azdır. Yanvar-iyun aylarında bu rəqəm 1969-cuildə statistika başlayandan bəri ən aşağı göstəricidir. Bu tempdavam edərsə, bütün il üçün doğum səviyyəsi də rekord səviyyədəaşağı düşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
8
az.trend.az

10Mənbələr