AZ

Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var

Yəməndə

Bakı, 31 avqust, AZƏRTAC

Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hadisədə üç nəfər ölüb, 15 nəfər isə yaralanıb. Zərərçəkənlər Əl-Cumhuriya, Əl-Əmirki, Əl-Bureyxi və Əl-Vali xəstəxanalarına göndərilib.

Qeyd olunur ki, şəhərdəki stansiyalardan birində məişət qazı çəni partlayıb, bundan sonra yanğın başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
azertag.az

10Mənbələr