Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.
Publika.az xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, 15 nəfər isə yaralanıb. Zərərçəkənlər Əl-Cumhuriya, Əl-Əmirki, Əl-Bureyxi və Əl-Vali xəstəxanalarına göndərilib.
Qeyd olunur ki, şəhərdəki stansiyalardan birində məişət qazı çəni partlayıb, bundan sonra yanğın başlayıb.