AZ

Sentyabrın ilk günü hava necə olacaq? - PROQNOZ

Sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Korrespondent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Seçilən
119
49
korrespondent.az

10Mənbələr