AZ

Qəbələdə ümumi gücü 450 kVt olan Savalan Günəş Elektrik Stansiyası istifadəyə verilib

Qəbələ. Trend:

Qəbələdə ümumi gücü 450 kVt olan Günəş Elektrik Stansiyalarıistifadəyə verilib.

Trend xəbər verirki, son illər ərzində Azərbaycanda uğurla aparılan “Yaşıl Enerji”siyasəti artıq sənaye müəssisələri və hətta fərdi evlərdə də tətbiqedilməyə başlanılıb. Belə ki, artıq hər bir elektrik enerjisiistehlakçısı bərpa olunan enerji mənbələri (BOEM) hesabına 150 kVtgücünə qədər şəxsi elektrik stansiyası quraraq aktiv istehlakçıyaçevrilə bilər. Bu imkan Azərbaycan Respublikası NazirlərKabinetinin 28.09.2023-cü il tarixli 346 saylı qərarına əsasənmümkün olmuşdur. Bununla da fəaliyyət növündən asılı olmayaraq hərbir müəssisə və fərdi ev sahibləri quraşdırdığı BOEM stansiyasındanaldığı elektrik enerjisi hesabına həm daxili tələbatını ödəyəbilər, həm də artıq istehsal etdiyi elektrik enerjisini dövlətəsatmaqla əlavə gəlir əldə edə bilərlər. Ölkə ərazisində BOEM-lərdənistifadənin genişləndirilməsi, Azərbaycan Dövlətinin apardığı“Yaşıl Enerji” siyasəti və bu il Bakı şəhərində keçiriləcək BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu Sessiyasının (COP 29) iqlim dəyişikliklərinintənzimlənməsi istiqamətində atılan bir addımdır. Bu gün Qəbələrayonunda Savalan ərazisində istifadəyə verilən hər birinin gücü150 kVt olmaqla 3 ədəd Günəş Elektrik Stansiyasının təqdimatıkeçirilmişdir. Stansiyanın tikintisi Azərbaycanın “SEES” MMCşirkəti tərəfindən yerinə yetirilmişdir. Şirkət ölkə ərazisində həmsənaye müəssisələrində, həm də fərdi evlərdə Günəş ElektrikStansiyalarının quraşdırılması üzrə ixtisaslaşmış və son bir ildəbu cür layihələrin həyata keçirilməsində sifarişçilər üçün etibarlıtərəfdaşa çevrilib.

“SEES” MMC-nin baş direktoru Vüqar Şahmuradovun sözlərinə görəquraşdırılan avadanlıqlar dünya üzrə ən aparıcı istehsalçılardanalınır.

“Günəş panellərinə zavod tərəfindən 15 il, panellərin istehsalgücünə isə 30 il zəmanət verilir. Azərbaycan Respublikasında bugünə olan mövcud tariflər üzrə hesablamalara əsasən quraşdırılacaqhər bir Günəş Elektrik Stansiyası sərf ediləcək vəsaiti 3-5 ilərzində geri ödəyəcək və növbəti illərdə stansiya müəssisəyə və yafərdi ev sahiblərinə əlavə qazanc mənbəyi kimi işləyəcəkdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2023-cü iltarixli 346 saylı qərarı Azərbaycan vətəndaşları üçün əlavə gəlirimkanları ilə yanaşı, ekologiyanın yaxşılaşdırılması və paylayıcışəbəkənin artıq yüklənməsinin qarşısını alır.
Belə ki, böyük Günəş Elektrik Stansiyalarından fərqli olaraqpaylanmış şəkildə qurulan kiçik stansiyalar yerli transformatorməntəqələri vasitəsilə paylanılır və paylayıcı şəbəkədən ötürüləcəkgücləri qismən əvəzləyir. Ekoloji göstəricilərə gəldikdə isəSavalanda qurduğumuz 450 kVt gücündə Günəş Elektrik Stansiyası 1 ayərzində 55.000 kVt/saat “yaşıl” elektrik enerjisi istehsal edib ki,bu da atmosferə atılan 45 ton karbon emissiyasının azaldılması vəya 3 mindən çox ağacın əkilməsi deməkdir”, - deyə o, əlavəedib.

Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
8
az.trend.az

10Mənbələr