AZ

Növbədənkənar parlament seçkiləri keçirilir – CANLI BLOQ

Yayımlandı: 1 Sentyabr 2024 00:26 Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 6 milyon 421 min 960 vətəndaşın səs verəcəyi bildirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilər 6478 seçki məntəqəsində keçiriləcək, onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir. Ölkənin ən çox seçicisi 30-39 yaş arasındadır. “İlk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçicimizin 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicimizin 109 yaşı var”, – MSK sədri Məzahir Pənahov deyib. MSK seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizədin mübarizə aparacağını bildirib: “25 siyasi partiyanın 305 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən 371 nəfərin də siyasi partiya mənsubiyyəti olmasına baxmayaraq, partiyalar tərəfindən irəli sürülməyib”. Komissiya qeyd edib ki, parlament seçkilərini 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) izləyəcək. ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edəcək. Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib. Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir. Növbədənkənar seçkilərin keçirilməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs göstərilib. Əsas kimi seçkilərin vaxtının Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal forumu – “COP29” iqlim konfransının Bakıda keçirilməsilə üst-üstə düşməsi göstərilib. Müsavat, Demokrat, Ümid, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Respublika Alternativi (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkidə iştirak etmir. Partiya “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək, seçkiləri boykot edib. Bu canlı bloq sona çatdı. Hələ heç bir bloq postu yoxdur. Load more Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
xural.com

1Mənbələr