Bakı. Trend:
Sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisindəMurad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilidarəetmədən çıxaraq hasara çırpılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regionalqrupundan Trend-ə bildirilib ki, nəticədə sərnişin, 2003-cü iltəvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.
Sürücü, eləcə də digər üç sərnişin tibbi yardım alaraq ambulatormüalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.