AZ

Bakı və İrəvan uçuşlara görə bir birilərinə nə qədər pul ödəyirlər?

“Ermənistan təyyarələri Türkiyə ərazisindən keçdiyi kimi, Türkiyənin hava yolları və təyyarələri də həmişə Ermənistan ərazisindən keçib. Bu, beynəlxalq hüquqdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Aviasiya sənayesinin meneceri Hakob Çağaryan deyib.
Onun söğzlərinə görə, nə Türkiyənin, nə də Ermənistanın hava məkanını bir-birinə bağlamağa heç bir əsası olmayıb. “Türkiyə təyyarələri həmişə Ermənistan ərazisindən keçib”.
Çağaryan onu da deyib ki, Azərbaycan 2020-ci ilə qədər Ermənistanın hava məkanından istifadə etməyib. Onun sözlərinə görə, buna səbəb Azərbaycanın Ermənistandan mülki təyyarələri vura biləcəyindən ehtiyat etməsi olub. “Müharibədə qalib gəldikdən sonra Azərbaycan “əzələ” nümayişinə başladı. Uçuşlar həyata keçirirdi ki, mən beynəlxalq hüquqdan istifadə edirəm. Onlar açıq şəkildə deyirdilər ki, siz öz hava məkanınızı bağlamısınızsa, hüquqi əsaslandırın”.
O sonda bu uçuşlara görə, ölkələrin bir birinə nə qədər pul ödədiyi barədə də danışıb. “Azərbaycan Ermənistan ərazisindən uçur və ya Ermənistan Azərbaycan ərazisindən uçarsa, hava məkanından istifadəyə görə hər kilometr üçün təxminən 1 dollar ödəyir. Və o vəsaitlər Azərbaycandan Ermənistana gəlmir. Bütün bunları Eurocontrol təşkil edir. Eurocontrol pulu alır, sonra hər bir dövlətə öz pulunu verir”.

Seçilən
101
4
jamaz.info

5Mənbələr