AZ

Rusiya Kiyev daxil, Ukraynanın bəzi bölgələrini raket atəşinə tutub

Yayımlandı: 2 Sentyabr 2024 14:10 Kiyev su zavodunun qazanxanasının qismən zədələndiyi bildirilir Sentyabrın 2-də Ukrayna rəsmiləri Kiyevdə böyük partlayışların olduğunu açıqlayıb. Həmin partlayışlar yanğınlara səbəb olub, evlərə və infrastruktura ziyan vurub. Şəhər sakinləri Rusiyanın zərbələrinin və hava hücumundan müdafiə sistemlərinin raketləri dəf etməsi səsinə oyanıb. Ukrayna Hərbi Hava Qüvvələri 35 raketdən 22-ni və 23 hücum pilotsuz təyyarəsindən 20-ni məhv etdiyini bildirib. Həmçinin Rusiyanın istifadə etdiyi bir neçə növ qanadlı və ballistik raketləri sadalayıb. Hərbi hava qüvvələri səhər saat 6:30-da (GMT 03:30) səmanı təmiz elan etməzdən əvvəl təxminən iki saat ərzində Ukrayna ərazisində hava hücumu xəbərdarlığı səsləndirib. Qonşu NATO üzvü Polşa hücumlar zamanı hava məkanını təhlükəsiz saxlamaq üçün Polşa və müttəfiqlərinin təyyarələrini işə salıb. Genişmiqyaslı bombardman, Rusiyanın 2022-ci ilin əvvəlində başlayan genişmiqyaslı müharibədən bəri ən böyüklərindəndir. Bu, şagirdlərin məktəbə qayıtması ilə üst-üstə düşüb. Kiyev meri Vitali Kliçko “Telegram”-da bildirib ki, Kiyev su zavodunun qazanxanası qismən zədələnib, metro stansiyasının girişi də Svyatoşinksyi rayonunda bomba sığınacağına çevrilib. Rayon universitet və məktəblərin çoxluğuna ev sahibliyi edir. Hücum nəticəsində 3 nəfərin yaralandığını, onlardan ikisinin xəstəxanaya aparıldığını bildirilib. Ötən bazar ertəsi Rusiya Ukraynaya 200-dən çox raket və pilotsuz uçan aparat atdı, Kiyev bunu müharibənin “ən kütləvi” hücumu adlandırdı, nəticədə 7 nəfər həlak oldu və ölkə daxilində enerji obyektlərinə zərbələr endirildi. Rusiya 30 aydır davam edən müharibədə mülki əhalinin hədəf alındığını inkar edir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
33
xural.com

10Mənbələr