AZ

Namizədlər üçün bütün imkanlar təmin edilmişdi

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etmişdir. Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-i namizədlərini irəli sürmüş və onlar qeydə alınmışdır. Seçki prosesinin təşkili ilə bağlı seçki qanunvericiliyinə uyğun olaraq namizədlər üçün bütün imkanlar təmin edilmişdir.

 

Viral.az xəbər verir ki, bu barədə Haqq Ədalət Partiyasının (HƏP) mətbuat xidmətinin bu gün yaydığı məlumatda deyilir.

“Seçkilərdə iştirak etmək istəyən şəxslər üçün bütün imkanlar yaradılmış, toplanmış imzaların yoxlanması, namizədlərin qeydə alınması qanunvericiliyə uyğun və qərəzsiz şəkildə aparılmışdır.

Namizədlərin təbliğat-təşviqat işləri aparması üçün açıq və qapalı məkanlar ayrılmış, məhəllədaxili və evlərdə görüşlərin keçirilməsinə maneələr olmamışdır. MSK əhalinin seçkilərə gəlməsini təşviq etmək üçün bütün mümkün vasitələrdən istifadə etmiş, vətəndaşların seçkiyə gəlməsi təmin olunmuşdur. Namizədlərin təbliğat işləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam etmişdir.

Səsvermə günü hər bir seçki məntəqəsində onlarla yerli və beynəlxalq müşahidəçi seçkini izləmişdir. Siyasi partiyaların 70.000-dən çox müşahidəçisi və məşvərətçisi seçkiləri birbaşa məntəqə və dairələrdə canlı izləmişdir. 600-dən çox beynəlxalq müşahidəçinin böyük əksəriyyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bildirmişdir. Səsvermə məntəqələrində hər kəsin gizli səsverməsi üçün imkanlar yaradılmışdır.

Seçki dairələrin mütləq əksəriyyətində ekzit-polların nəticələri seçkinin ilkin nəticələri ilə eyniyyət təşkil etmişdir. Təbliğat-təşviqat işlərində aktivliyi ilə seçilən namizədlərin əksəriyyəti ilkin nəticələrə əsasən rəqiblərini üstələmişdir.

Haqq Ədalət Partiyasının bütün üzvləri adından mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik edir və deputat fəaliyyətlərində böyük uğurlar arzulayırıq”, – qeyd olunub.

Qeyd edək ki, HƏP-in sədri keçmiş səhiyyə naziri Əli İnsanovdur.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Seçilən
172
23
viral.az

10Mənbələr