AZ

Çox həyəcanlı idim - Paralimpiya çempionu

Bakı. Trend:

Parisdə Paralimpiya Oyunlarında qızıl medal qazandım. İkincidəfə Paralimpiya Oyunlarında iştirak edirdim.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Paris-2024 Paralimpiadasında T12kateqoriyasında uzunluğa tullanma üzrə yarışda Paralimpiya çempionuolan Səid Nəcəfzadə deyib.

Nəcəfzadə Fransa paytaxtına dünya çempionu kimi gəldiyinibildirib: "Üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu,məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşıhazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünyaçempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bununüçün də daha çox həyəcanlı idim. Çox şükür ki, bacardım, qızılmedalı əldə etdim. Sosial şəbəkələrdə və hər yerdə xalqımındəstəyini gördüm. Cənab Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya idmana və paralimpiyayadiqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görəməşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli ParalimpiyaKomitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yoldabizə dəstək olduğu üçün təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay ParalimpiyaOyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
az.trend.az

10Mənbələr