AZ

"Parisə gəlməzdən əvvəl favoritlər arasında göstərilirdim" – Paralimpiya çempionumuz

"Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm".

Prosport.Az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.

T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda fəxri kürsüyə qalxan idmançı ikinci dəfə Paralimpiya Oyunlarında iştirak etdiyini xatırladıb: "3 il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum və favoritlər arasında göstərilirdim. Buna görə də həyəcanlı idim. Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim. Cənab Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm".

Qeyd edək ki, T12 kateqoriyasında yer alan paraatletimiz uzunluğa tullanma növündə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
4
prosport.az

10Mənbələr