AZ

Quba-Xınalıq yolunda uçan körpünün aqibəti NECƏ OLACAQ? - Rəsmi AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyulun 29-da sel daşqınları səbəbindən Quba-Xınalıq yolunun 42-ci kilometrində uçan körpü ilə bağlı redaksiyamıza müraciət daxil olub.
Ərazidə yaşayan vətəndaşlar Oxu.Az-a bildiriblər ki, oradakı taxta pilləkənləri özləri düzəldiblər. Hadisədən 1 aydan çox vaxt keçsə də, körpü hələ də təmir edilməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı layihə hazırlanıb və təqdim olunub:
"Yaxın günlərdə yəqin ki, yeni körpünün inşası istiqamətində addımlar atılacaq. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər".

Məlumat üçün bildirək ki, haqqında danışılan körpü Qubanı 6 kəndlə - Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız ilə birləşdirir.

@oxuaz Quba-Xınalıq yolunda uçan körpü hələ də TƏMİR EDİLMƏYİB #QubaXınalıqyolu #körpü ♬ original sound Oxu.az Son Xəbərlər


Məhərrəm Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
11
oxu.az

10Mənbələr