AZ

Böyük Britaniya İsrailə verdiyi silahların bir qismini dayandırıb

Yayımlandı: 3 Sentyabr 2024 12:47 “İsrailin tətbiq etdiyi üsullardan, mülki əhali arasında itkilər və mülki infrastrukturun dağıdılması ilə bağlı xəbərlərdən çox narahatıq” İngiltərənin xarici işlər naziri David Lammy bildirib ki, Britaniya İsraillə 350 silah ixracı lisenziyasından 30-nu dərhal dayandıracaq. Səbəb kimi həmin avadanlıqların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması üçün istifadə oluna biləcəyi riski göstərilib. Lammy bildirib ki, lisenziyaların dayandırılması qərarı ümumi qadağa və ya silah embarqosuna bərabər deyil, İsrail və HƏMAS arasında davam edən münaqişədə istifadə oluna bilənlərə aiddir. “Əlbəttə, biz İsrailin təhlükəsizlik təhdidlərinə qarşı özünü müdafiə etmə ehtiyacını tanıyırıq, lakin İsrailin tətbiq etdiyi üsullardan, mülki əhali arasında itkilər və mülki infrastrukturun dağıdılması ilə bağlı xəbərlərdən çox narahatıq”, – Lammi parlamentdə deyib. Leyboristlər Partiyası iyulda keçirilən seçkidə qalib gəldikdən qısa müddət sonra Lammy deyib ki, o, Britaniyanın müttəfiqi İsrailə silah satışı ilə bağlı araşdırmanı yeniləyəcək və bunun beynəlxalq hüquqa uyğun olmasını təmin edəcək. İsrailin ümumi silah alışına baxdıqda məlum olur ki, Britaniyadan cəmi 1%-dən az silah alır. İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, qərar məyusedicidir və islamçı silahlı HƏMAS və onun İrandakı havadarlarına “çox problemli mesaj göndərir”. Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu və 1200 nəfərin öldürülməsindən sonra başlanan müharibədə 40,700-dən çox fələstinlinin öldüyü bildirilir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
37
xural.com

10Mənbələr