AZ

Azərbaycan iqlim üzrə hesabatların hazırlanmasında ölkələrə kömək edir – Muxtar Babayev

Bakı, TurkicWorld

Azərbaycan iqlim üzrə 2 illik şəffaflıq hesabatlarının (BTR) hazırlanmasında ölkələrə kömək edir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-nun prezidenti Muxtar Babayev jurnalistlərə bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək 29-cu BMT İqlim Dəyişmələri Konfransı (COP29) üçün hazırlıq davam edir və tədbirin uğurla həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.

Onun sözlərinə görə, Azərbaycan sentyabrın 3-də COP-a Sədrliyinin təşəbbüsü kimi "Bakı Beynəlxalq İqlim şəffaflığı platforması"nı təklif edib.

"Onun həyata keçirilməsi çox ciddi iqlim məsələlərinin müzakirəsi üçün şərait yaradacaq. Azərbaycan iqlim sahəsində 2 illik şəffaflıq hesabatlarının (BTR) hazırlanmasına kömək edir. Bu platformanın fəaliyyəti bu məsələlərdə irəliləyişə yönəlib", - M.Babayev qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
127
50
turkic.world

10Mənbələr