AZ

Göyçayda məktəbin təmirində yeyinti olub? - İDDİA

Göyçay rayonu Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu Siam-az.com saytı vasitəsilə Prezidentə müraciət etmişdir. Müraciətdə deyilir:

Bildirirəm ki, bəzi vəzifəli şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində dövlətin vəsaiti əyri yollarla talan edilir.

Kanal14.az: - Qeys Baxışov adına Göyçay rayon Çərəcə kənd tam orta məktəbin binasının təmir edilməsi üçün mən dəfələrlə prezident cənab İlham Əliyevə müraciətlər etmişəm.Bundan sonra cənab prezidentin göstərişi ilə nümayəndələr yerdə olub baxış keçirdilər. Məktəbin əsaslı təmir edilməsi başlanıldı və son tamamlama işləri gedəndə mənə məlum oldu ki, əsaslı təmir olunmuş məktəbdə konbi qızdırıcı sistemi yox odun peçindən istifadə ediləcək.

Bu isə açıq-açkar qanunsuzluq və biabırçılıqdr ki, vəzifəli şəxslər həyata keçirirlər.Çünki hər bir yerdə orta məktəb binası inşa ediləndə və ya əsaslı təmir olunanda ora konbi istilik sistemi quraşdılır.Çərəcə kənd tam orta məktəbinin təmirinə ayrılmış vəsaiti düzgün istifadə edilmədən mənimsəyiblər.Bunun isə ağrı-acısını müəllim və şagirdlər çəkəcəklər.Təsəffür edin yeni təmir edilmiş məktəbin siniflərində soyuqda odun peçinin hisi -tüstüsü otaqları yararsız hala salacaq, normal tempratur əldə etmək mümkün olmayacaq.

Mən Prezident cənab İlham Əliyevdən xahiş edirəm Göyçay rayon Çərəkə kənd tam orta məktəbin əsaslı təmirinə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini obyektiv araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz.













 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
9
kanal14.az

10Mənbələr