AZ

Dmitro Kulebanı istefaya məcbur edən "Polşa skandalı" nədir? TƏFSİLAT

Rusiya - Ukrayna müharibəsinin kilid ismlərindən biri Dmitro Kuleba istefa ərizəsi yazıb. Buna səbəb kimi "Polşa skandalı" göstərilib.

Musavat.com "Polşa skandalı nədir" mövzusunda bir arayış hazırlayıb.

Ukraynanın müharibə hakimiyyətini sarsıdan və Kulebanı bitirən həmin skandal Ukrayna nazirinin bir ehtiyatsız açıqlaması ilə başlayıb.

Hazırda Kuleba Polşada ən arzuolunmaz və nankor adam kimi qəbul edilməkdir.

Musavat.com bundan əvvəl də xəbər vermişdi ki, ki, Ukrayna ilə Polşa arasında ciddi ixtilafa səbəb Ukrayna xarici işlər naziri Dimitro Kulebanın bir açıqlaması olub. Hazırda Polşa mediası Kulebanı "persona non-grata" elan etməkdədir.

Məsələ o qədər böyüdü ki, hətta Polşanın baş naziri arada münaqişəyə sərt münasibət bildirməyə məcbur qaldı. Onun açıqlaması artıq Kulebadan inciklikdən çıxaraq, Ukraynaya sərt tövürlərə çevrildi. Məsələn, cavab açıqlamasında Donald Tusk deyib ki, "...problemli tarixi məsələləri həll etmədən Ukrayna Aİ-yə daxil olmayacaq".

Bu gərginliyə səbəb nə olub? Nə deyib özündənrazı Kuleba?

Məsələ burasındadır ki, Ukraynanın baş diplomatı 1947-ci ildə Vistula əməliyyatı zamanı ukraynalıların qovulduğu Polşanın şərqindəki Lyublin, Subkarpatiya və Kiçik Polşa ərazilərinin “Ukrayna torpaqları” olduğunu açıqlayıb. Yəni Polşaya açıq şəkildə ərazi iddiaları irəli sürüb! Özü də proses Polşa ərazisində keçirilən bir tədbirdə cərəyan edib.

Ötən həftənin çərşənbə günü Kuleba və Polşanın xarici işlər naziri Radoslav Sikorski Olştin şəhərindəki "Kampus Polska Przyszłości" tədbirində birlikdə iştirak ediblər. Mövzu olaraq xüsusən də hər iki ölkəni bir-birindən ayıran mürəkkəb tarixi məsələlərdən bəhs edilib. İştirakçılardan biri Polşanın Volın qırğınının qurbanlarını nə vaxt çıxara biləcəyini soruşub.

Kuleba qeyd edib ki, tədbir iştirakçıları 1947-ci ildə Vistula əməliyyatı çərçivəsində Ukrayna əhalisinin köçürüldüyü Olştında görüşürlər.

"Siz Vistula əməliyyatının nə olduğunu başa düşürsünüz və bilirsiniz ki, bütün bu ukraynalılar yaşamaq üçün Ukrayna ərazilərindən, o cümlədən Olştında məcburi şəkildə qovulublar", - deyə Kuleba cavab verib. “Amma mən bu haqda danışmıram ki, biz bu gün tarixi araşdırmağa başlasaq, söhbətin keyfiyyəti tamamilə fərqli olardı və biz tarixi çox dərin qazıb, "polyaklar ukraynalılara bunları edib, ukraynalılar polyaklara bunu edib" kimi pis şeyləri xatırlatsaq, söhbətin keyfiyyəti tamamilə başqa olacaq.

Bu açıqlama Polşada dərhal böyük hiddətə səbəb oldu. Həm də ona görə ki, Polşa iki ildən artıqdır ki, Rusiya ilə müharibədə Ukraynaya böyük dəstək verir.

Ukrayna XİN məsələ ilə bağlı xüsusi açıqlama da yaydı, amma görünən budur ki, faydası olmadı. Amma yenə də həmin açıqlamafan sitat verək:

"Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Polşaya qarşı ərazi iddialarını ifadə etməyib və ukraynalıların Polşada kommunist deportasiyası ilə bağlı deyib ki, onlar bir-birinə yaxın bir cəmiyyət kimi yaşadıqları ərazilərdən köçürülüblər".

Daha bir sitat: “Olştında keçirilən gənclər forumunun iştirakçılarından birinin sualını cavablandıran Ukraynanın xarici işlər naziri kommunist rejiminin cinayətləri - Vistula əməliyyatı nəticəsində Polşa ərazisindən zorla köçürülən minlərlə ukraynalıdan danışıb..."

Beləliklə, bir suala verilən qeyri - diplomatik cavab Ukraynanın baş diplomatının karyerasını bitirdi. Zelinski komandasındakı çatlar , ayrılmalar davam edir və böyüyür.
Bu yerdə xatırladaq ki, Ukrayna Azərbaycana qarşı da nankor açıqlamalarla çıxış etmişdi.

 

Musavat.com

Seçilən
128
1
musavat.com

10Mənbələr