Ümumdünya Səhiyyə Təşkilatı antibiotiklərin istehsalı zamanı yaranan ətraf mühitin çirklənməsi ilə mübarizə üzrə ilk təlimatı dərc edib. Yeni qlobal təlimatın məqsədi antibiotik istehsalı zamanı yaranan çirklənməni azaltmaqdır.
Yeni təlimat Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 26 sentyabr 2024-cü ildə “Antimikrob Müqavimət üzrə Yüksək Səviyyəli İclas”ından əvvəl təqdim olunub.
Bu çirklənmə nəticəsində yaranan antimikrobların yaranması və yayılması bütün dünyada antibiotiklərin və istehsal olunan digər dərmanların effektivliyini zəiflədə bilər.
Təlimatda deyilir ki, əczaçılıq şirkətləri antibiotiklərin istehsalı zamanı tullantıların və ya müddəti bitən dərmanların utilizasiyasını nəzərə almır və bu barədə lazımi məlumatlar haqqında hesabat vermir.
“Antibiotik istehsalatının əczaçılıq tullantıları bütün dünyaya yayılır və sağlamlığımız üçün təhlükəli ola biləcək bakteriyaların yaranmasına səbəb olur.
Ətraf mühitin çirklənməsinə nəzarət - həyat qurtaran dərmanların hər kəs üçün effektiv qalmasını təmin etməyə kömək edəcək” deyə ÜST-nin “Antimikroblara qarşı müqavimət üzrə Yüksək Səviyyəli İclas” üzrə Baş Direktorunun köməkçisi vəzifəsini icra edən Dr Yukiko Nakatani bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta