AZ

Polşada bir həkim tövsiyəsi ilə aborta icazə verilib

Avqustun 30-da Polşa hökuməti həkimlər üçün aborta çıxışın təhlükəsizliyinin təmin olunmasına yönəlik tövsiyələr dərc edib. Yeni qaydalara görə, bir mütəxəssisin, o cümlədən kardioloq, endokrinoloq, yaxud psixiatrın tövsiyələri qadının xəstəxanada leqal abort etdirməsi üçün yetərli əsas sayılır. Proseduru icra edən həkim isə məsuliyyətə cəlb olunmamalıdır. 2020-ci il oktyabrın 22-də Polşa Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara görə, döldə qüsurlara görə hamiləliyin sonlandırılması qanunsuzdur. Polşada abortların 98 faizi məhz bu səbəbdən gerçəkləşdirilir. Qərara görə, aborta yalnız zorlama və insest, eləcə də ananın həyatına, yaxud səhhətinə təhdid olanda icazə verilir. 2023-cü ilin sonunda vəzifəyə keçən baş nazir Donald Tusk deyib ki, abort barədə qanunu liberallaşdırmaq, hamiləliyin 12-ci həftəsinə qədər onun sonlandırılmasına icazə vermək niyyətindədir. Ancaq bu təklif parlamentdə yetərli dəstəyi yığa bilməyib. Bu səbəbdən Tusk hökuməti problemin başqa yollarını axtarmalı olub. Səhiyyə naziri İzabela Leşina deyib ki, hazırda həkimlərin və xəstəxanaların əksəriyyəti bir həkimin rəyi əsasında hamiləliyin erkən dövründə aborta icazə verməklə bağlıq qaydalara əməl etmir, cinayət təqibindən ehtiyatlanır. “Milli Səhiyyə Fondu ilə müqavilə bağlamış, hamiləliyin sağlamlığına təhlükə yaratması barədə tibbi arayışı olan qadına tibbi müəssisədə hamiləliyin sonlandırılması xidməti göstərilməlidir”, – nazir vurğulayıb. Tibbi arayış təqdim edən qadını abort etdirmək istəməyən müəssisələr 500 min zloti (129 min dollar) cərimə, yaxud Milli Səhiyyə Fondu ilə kontraktdan məhrum oluna bilər. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
xural.com

1Mənbələr