AZ

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib

Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?

Qasımov Rəşad Bəhram oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;

Seidova Vəfa Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;

Məşədiyeva Dilarə Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;

Qurbanzadə Elmar Nazim oğlu- Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;

Vəzirova Səbinə Rafiq qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;

Mürsəlov Mürsəl Fərhad oğlu - “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;

Bədəlov Rəşid Kamil oğlu - Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru.

Qurbanov Rauf Yusif oğlu - Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;

Şirinzadə Seymur Aydın oğlu- Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
49
aznews.az

3Mənbələr