AZ

Türkiyəyə tarixi səfər: islam ölkəsi ilə barışıq əldə olunur – Azərbaycan isə…

Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb ki, Misir Prezidenti Əbdülfəttah Sisi sentyabrın 4-də Ankaraya səfər edəcək. Misir liderinin 12 il sonra Türkiyəyə gəlməsi bir sıra aspektlərdən diqqət çəkir.

KONKRET.az xəbər verir ki,əslində, son illərdə iki ölkə arasında müəyyən yumşalmalar hiss edilirdi. Misal üçün, 2019-cu ilin noyabrında Türkiyə dənizdəki yurisdiksiya barədə Liviya ilə müqavilə imzaladı və bu barədə BMT-yə məlumat verildi. 2020-ci ilin avqust ayında isə bununla bağlı Yunanıstan və Misir arasında razılaşma əldə olundu. Bu müqavilədə Misir Türkiyənin bəzi bölgələrlə bağlı arqumentlərini anlayışla qarşıladı. Misirin jestinə Türkiyə tərəfi keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu vasitəsilə məmnunluğunu bildirərək cavab verdi.

2020-ci ildə qarşılıqlı yumşalma siqnalları veriləndə iki ölkənin kəşfiyyat qurumları arasında əlaqə olduğu açıqlandı. Ankara və Qahirə qarşılıqlı jestlər edərək beynəlxalq təşkilatlarda bir-birini bloklamağa son qoymağa başladılar. Ən konkret addımlardan biri bu oldu ki, 2020-ci ildə Türkiyə Misirin NATO iclaslarında iştirakına vetosunu götürdü. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən futbol üzrə Dünya Çempionatının açılışında Misir Prezidenti Sisinin əlini sıxdı. Türkiyə-Misir münasibətlərinin normallaşması isə şübhəsiz Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 14-də bu ölkəyə səfəri ilə gerçəkləşdi.

Bütün bunları göz önündə tutsaq deyə bilərik ki, Türkiyə Prezidentinin Misirə, Misir Prezidentinin də Türkiyəyə səfəri münasibətlərin normallaşması mənasına gəlir.

Sisinin səfəri çərçivəsində prezidentlər arasında daha öncə Qahirədə imzalanan Birgə Bəyannaməyə uyğun olaraq yenidən strukturlaşdırılmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. İddialara görə, Sisi səfər müddətində Türkiyə İHA-larının Qahirəyə satışı təklifini öncə sürəcək.

Bu detal çox mühümdür. Belə ki, iki ölkə başçısı arasında İsrailə təzyiqlər etmək və Qərbin də dəstəklədiyi iki dövlət modelini tətbiq etmək kimi məsələlərinin müzakirə edilməsi istisna deyil. Çünki Qəzzadakı vəziyyət və ümumilikdə müharibə hər iki ölkəni narahat edir. Bu baxımdan tərəflər sülh istiqamətində ortaq addımlar atıb, müəyyən məsələlərdə razılığa gələ bilər.

Türkiyə-Misir münasibətlərinin normallaşmasında ən çox Azərbaycan maraqlıdır. Rəsmi Bakı iki ölkə ilə də yaxşı əlaqələrə malikdir. Hətta Bakının Qahirə və Ankara arasında pərdəarxası vasitəçilik etməsi belə istisna deyil.

Misal üçün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi 2023 cü il yanvarın 28-də Azərbaycana gəldi. Səfər zamanı müzakirə mövzularından biri də Türkiyə-Misir münasibətlərinin normallaşması olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində bu il iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfər etdi.

Bakı Qahirə-Ankara münasibətlərinin normallaşmasında vasitəçilik edərək Türkiyənin həm də Yaxın Şərqdə mövqelərinin güclənməsini istəyir. Yaxın Şərqdə Türkiyənin mövqelərinin güclənməsi Qərbin bu regionla bağlı neqativ planlarını pozur. Bu həm də Qərbin Cənubi Qafqaz siyasətinə təsir edir.  / Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
konkret.az

10Mənbələr