AZ

Energetika naziri Xaçmazda vətəndaşlarla görüşəcək

Yazını böyüt
Yazını kiçilt

Energetika naziri Pərviz Şahbazov sentyabrın 12-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən hafta.az-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin 974 - Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Xaçmaz” filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
16
hafta.az

10Mənbələr