AZ

“Neptun” külli miqdarda vergi borcu ödəmir-Bağlanacaq?

Kanal14.az: - "Neptun” Supermarketlər Şəbəkəsi külli miqdarda vergi borcu ödəmir.

Valyuta.az-ın araşdırmasına görə, Supermarketlər Şəbəkəsinin bu il sentyabr ayının 2-nə yığılmış vergi borcu 128 min 469 manat təşkil edib.

Ötən ilin dekabr ayında isə bu rəqəm 161 min manatdan yüksək olub.

Qeyd edək ki, "Neptun-S” MMC kimi dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Anar Nurəddin oğlu Quliyev, nizamnamə kapitalı isə 10 manatdır.

Xatırladaq ki, Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.



 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
kanal14.az

10Mənbələr