AZ

İlham Şıxseyidov qanunsuz işçi işlədir…..

“Conco” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı Hacı İlham Şıxseyidov cərimələnib.
XALQ.AZ xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti İlham Şıxseyidova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
Bu maddə əmək qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatdək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
13
xalq.az

10Mənbələr