AZ

İcra məmurlarına dur deyin! - Onlar qanunları kobud şəkildə pozurlar

Azərbaycanda Ədliyyə sisteminin zaman-zaman mükəmməlləşdiyi ilə bağlı ağızdolusu danışılsa da, vətəndaşlar bunun real şahidi ola bilmir. Daha dorğusu, insanlar bu sisteminin xidmətlərindən faydalanmaqda çətinlik çəkir, məmurlarının əməllərindən narazı qalır.

Yarım qalmış elektron sistemlər, aidiyyatı idarə və şöbə rəislərinin qurumun rəsmi saytında əlaqə nömrələrinin yoxluğu, 881 Qaynar Xətt Xidmətinin saatlarla müsiqi dinlətməsi və sonda rədd etməsi ən adi hallardandır. 

Bütün bunların fonunda nazirliyin tabeliyində fəaliyyət göstərən İcra Xidməti və onun rayon şöbələrindəki müdirlərin və əməkdaşların insanları təzyiq və qorxu altında salxması isə bir başqa bəladır.

Xüsusilı qeyd edim ki, Ədliyyə Nazirliyinin İcra Xidməti rəisi Vidadi Məmmədovdur və bu yeni təyinatdır. Hüquq sahəsində kifayyət qədər təcrübəyə malikdir və icra işlərini də lap əla bilir. Onun rəhbəri olduğu Xidmətdə fəaliyyət isə nə adına, nə də təcrübəsinə yaxın gəlmir.

Ondan başlayaq ki, Ədliyyə sistemi hər bir Azərbaycan vətəndaşının haqqını özünə qaytarmaq, onu qorumaq və ədaləti bərpa etmək üçündür. Bu sistemin tərkibində çalışan insanlar da hamıdan çox ədalətli, haqqı qoruyan olmalıdır, insanlara yalnız haqq-ədalət bəxş etməlidir.

Sözümün mustafası başqadır...

Bu gün Azərbaycanda elə bir vətəndaş yoxdur ki, bankların və keyfiyyətsiz məhsulları ölkəyə müxtəllif yollarla gətirən şirkətlərdən aldıqları məhsulların bəlasına düşməsin. Ölkənin yüzminlərlə vətəndaşı ya məhkəmələrdə, ya da məhkəmə icra şöbələrində ciddi problemlərlə üz-üzə qalıb.

Məhkəmələr banklardan və şirkətlərdən gələn müraciətlərə dərhal baxaraq qərarlar verir. Bir yandan da qiyabi və notarial qərarlar insanları intihar həddinə çatdırır.

Məhkəmələr borclu olmadan, onu dinləmədən, səbəbləri soruşmadan qərarlar çıxarır və dərhal icraya yönəldir. Ardınca isə icraçılar vətəndaşa zəng edərək icra şöbəsinə çağırır və ya "gəlməsəniz sizin barənizdə həbs, məcburi gətirilmə qərarı çıxarılacaq" deməklə qorxudur. Bu da olur qanunun tələbi və ya nəsə...

Beləmi olmalıdır?
Bu ədalətdirmi?

Hansı ki, hər bir borclunun məhkəmə qərarından şikayət etmə, bu hüquqdan əlavə məhkəmədən, dövlətdən hüquqi yardım, məlumatlandırma və hətta vəkil istəmək hüququ var.

İndi araşdırsaq görərik ki, əksər mulki məhkəmələr üçün dövlətdən hansısa hüquqi yardımlar, dəstəklər nəzərdə tutulub və buna görə, kimləırəsə pul da ödənilib. Adam guya huquqi dəstək verib. Amma vətəndaşın bundan xəbəri yoxdur və ona kimsə heç bir yardım etməyib. Axı heç vətəndaş məhkəmədə olmayıb...

Qısası, məhkəmələr borclu olmadan qəırar verir və icraya yönıldir. İcraçı da vətəndaşı qorxudub pulu almaq istəyir. Bu da olur ölkədə ədaləti bərpa, kiminsə haqqını geri istəmə, yaxud nəsə...

Daha acınacaqlı vəziyyət icra söbələrində çalışanların insanlarla cinayətkar kimi davranmasıdır. Hansı ki, araşdırılsa rayon icra şöbələri müdirlərinin hansı əməllər sahibi olduğu ortaya çıxar və onlar süddən çıxmış ağ qaşıq deyillər. Azərbaycanda ən qəddar və vətəndaşlarla kobud rəftar edən, onları cinayətkar hesab edən icra şöbələrindən biri Suraxanı icra şöbəsidir. Bu şöbənin müdirinin kim olduğunu, hansı fəaliyyətlə məşğul olduğunu bilmirəm. Görünür öz qəddar rəftarını nəzarətindəki icraçılara da öyrədib ki, insanlarla belə rəftar edirlər. Şəxsən bu icra şöbəsinin rəsinin və işçilərinin fəaliyyətini araşdıracam... İnsanlara belə zülm etmək olmaz.

Vətəndaşları intihar həddinə çatdıran başqa bir hal əmək haqqının 50 faizirinin tutulmasıdır. Təsəvvür edin, 5 nəfərlik ailənin yeganə gəlir mənbəyi olan 400 manat əmək haqqının 50 faizi icraçı tərəfindən tutulur. Bu isə ailəyə "get acından öl" deməkdən başqa bir şey deyil. İcraçıların hər gün həbslə, cəza ilə qorxudulduğu vətəndaş bir yandan da 5 nəfərlik ailəsini acından ölməsin deyə yollar axtarır. Bəlkə də cinayət törətmək qərarını da verir. Bu böyük disbalansdır.

Hansı ki, qanunun tələbləri başqadır. Qanunlar vətəndaşları düşünülərək yazılır və onun tətbiqi dövlət qurumlarına aid edilir. Mülki Məcəllədə yazılanlara inansan Azərbaycanda ön sırada insan, vətəndaş faktoru dayanır. Təcrübəyə gəldikdə isə insan heç kimdir, ailə məhv olmalıdır, icraçılar onları qorxudmalıdır, intihara sövq etməlidir.

Məhkəmə icraçıların əməllərindən belə çıxır ki, dövlət vətəndaşını düşünmür və ac qalması üçün əlindən gələni edir?

Axı qanunun tələblərində 20 faiz və daha sivil, razılaşdırılmış hallar var. Sıralamarda borcun ödənilməsi üçün formalar var, necə ödənilməsi qaydaları var. Bunu niyə vətəndaşa anlatmırlar? Niyə vətəndaşı qorxudaraq borcu geri almağa çalışırlar?

Bu gün yüzminlərlə ailə belə icra səbəbindən ağır duruma düşüb. Ədliyyə sistemi bununla ədalətimi bərpa edir, yoxsa vətəndaşın belinimi qırır? 

Ölkə başçısının etimad göstərib ədliyyə naziri təyin etdiyi Fərid Əhmədova müraciət edirəm! 

Ölkə başçısı İlham Əliyev sizi bu posta insanların pozulmuş hüquqlarını bərpa etmək, qorumaq üçün təyin edib. Siz Azərbaycan Respublikasının Ədliyyə nazirisiz! 

Bir zəhmət İcra Xidməti sahəsində çalışan rəislərin, rayon şöbələri müdirlərinin və onların tabeliyində fəaliyyət göstərən icra məmurlarının fəaliyyətini nəzarətə götürün 

Onlar vətəndaşlarla doğru rəftar etmir və yalnız nəyin bahasına olursa olsun, pul toplamaqla məşğuldurlıar. Qanunlar kənarda qalıb, bu adamların işi ancaq vətəndaşları qorxudaraq, bezdirərərək, onları intihar həddinə çaddırmağa qədər gəlib çatır.

Qanuni dövlətdə belə halılar ola bilməz. Əgər bu ölkədə qanunlar varsa, biz qanunların tələb etdiyi noirmalarla yaşamalıyıqsa o zaman  bu icraçılara dur deyin. 500-1000 manat borcu olan inmsanları bu pulu ödəmək üçün oğurluq etməyə, cinayət törətməyə, daha çətin durumlara düşməyə vadar etmək cinayətdir, xəyanətdir. Vətəndaşlarda dövlətə, qanunlara qarşı nifrət hiss yaratmaq doğru deyil. Çünki ölkənin bütün qanunlarında ilk öncə vətəndaşların rifahı, rahat həyatı nəzədə tutulub. Bütün qanunlarda insanlar əsas götürülür. Bəs, icraçılarınız necə edir?

İcra məmurları özlərini "lotu", bu ölkəni də oğru qanunları ilə idarə olunan nəsə hersab edir. 

İcra məmurlarına "dur" deyin, onlar qanunları sözün həqiqi mənasında ciddi şəkildə pozurlar ki, bu da qurumun adına və fəaliyyətinə ciddi zərbə vurur. Üstəlik belə məmurlar vətəndaşla dövlət arasına nifaq toxumu səpir. Əslində Azərbaycan dünyanın ən sivil qanunları olan ölkədir. Bunu vətəndaşa göstərmək lazımdır...

Ardı var...
Ədil Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
bizimxeber.az

10Mənbələr