AZ

Gənclərin məşğulluq problemi...

Bu gün gənclərin məşğulluğu ölkə üçün əsas prioritetlərdən biridir.

Ali məktəbə bitirən gənclər işləmək, çalışmaq istəyir. Bu istəyinə nail ola bilməyən gənclərin bir qismi iş üçün xarici ölkələrə üz tutur.

Sosioloq Üzeyir Şəfiyev Hit.az-a deyib ki, gəncləri paytaxta gətirən, xaricə aparan səbəbləri aradan qaldırmaq lazımdır:

“Regionlarda gənclər üçün lazımi şərait olsa, gənclər bu yola üz tutmazlar. Elə etmək lazımdır ki, bölgə gəncləri də paytaxta, xaricə üz tutmasın. İlk növbədə, regionla paytaxtın fərqləri azaldılmalıdır ki, gənclər paytaxta kütləvi şəkildə köç etməsin, regionda qalıb işləyə bilsinlər. Gənclər şəhərə üz tutur və kəndlər boşalır. Bunun qarşısını almaq üçün böyük bir sosial tədqiqat lazımdır”.

Ekspert hesab edir ki, gənclərin ixtisas seçimi ilə bağlı həm ali təhsil müəssisələri, həm də Elm və Təhsil Nazirliyi orta məktəblərdə iş aparmalıdır. Orta məktəblərdən ixtisasları tanıtmağa, təqdim etməyə başlamalıdır ki, gələcəkdə önəm təşkil edəcək ixtisaslar üçün kadr hazırlansın.

Sevinc

Seçilən
172
19
hit.az

10Mənbələr